Kreml Ermənistanı Rusiyanın hüquqi müttəfiqi sayır

Kreml Ermənistanı Rusiyanın  hüquqi müttəfiqi sayır
19 Apr 2024 15:05

"Rusiya Ermənistanı özünün hüquqi müttəfiqi hesab edir". News365.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik" radiosu, “Qovorit Moskva” və “Komsomolskaya pravda”ya müsahibəsində deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, İrəvan və Moskva təkcə hüquqi müttəfiqlər sayılmırlar: "Bu ölkədə Moskvanın Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafı üçün əhəmiyyətini anlayanlar var".

Lavrov müsahibəsində onu da deyib ki, Rusiya həmişə dava və hərbi toqquşmalardan çox, danışıqlar yoluna üstünlük verir. Bunu prezident Vladimir Putin də həmişə xatırladır. 

Diplomat İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) incik düşməsinə də münasibət bildirib. O xatırladıb ki, "Ermənistanın özü Azərbaycanla sərhədi hələ də delimitasiya etməyib".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər