Kolumbiya prezidenti Trampın xəbərdarlığına cavab verdi

Kolumbiya prezidenti Trampın xəbərdarlığına cavab verdi
04 Yan 2026 12:07

Kolumbiya prezidenti Gustavo Petro Venesuela lideri Nikolás Maduronun ələ keçirilməsini şərh verib.

Bu barədə El Tiempo yazıb.

Petro belə açıqlamanı İvan Duquenin prezidentliyi dövründə kommunikasiya və mətbuat üzrə müşavir olmuş Hasan Nassarın tövsiyəsinə cavab olaraq verib.

Nassar Petroya Maduronun ələ keçirilməsi və verdiyi məlumatlarla bağlı ehtiyatlı olmağı tövsiyə etmişdi. Petro isə bildirib ki, gizlədiləsi heç nə yoxdur:

“Elə mən 10 il boyunca nüfuzlu siyasətçilərlə silahlı narkotik ticarətçiləri arasındakı əlaqələri araşdırmağa və ifşa etməyə həsr etmişəm”, – deyə Petro vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Maduronun ələ keçirilməsindən sonra Petroya xəbərdarlıq etmişdi. Tramp qeyd etmişdi ki, Kolumbiyada istehsal olunan kokain ABŞ-a göndərilir və buna görə də Petro daha diqqətli olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada