Kiyev və ABŞ Ciddədə Zelenskinin istefasını müzakirə etməyib

Kiyev və ABŞ Ciddədə Zelenskinin istefasını müzakirə etməyib
10:00

ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Vladimir Zelenskinin istefasını müzakirə etməyiblər. 

Bu barədə Fox News-un jurnalisti Nana Sajaya öz mənbələrinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Ciddə danışıqlarında iştirak edənlər  Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsini qaldırmayıblar.

Xatırladaq ki, martın 11-də baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib.  Öz növbəsində ABŞ prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada