"Kiyev sülhə razılaşmasa, itkilərlə üzləşəcək" - Məşhur iqtisadçı

"Kiyev sülhə razılaşmasa, itkilərlə üzləşəcək" - Məşhur iqtisadçı
01 May 2025 11:00

Ukrayna seçim etməli olacaq. Ya münaqişənin sülh yolu ilə həlli çərçivəsində Kiyevi razı salmayan şərtləri qəbul edəcəklər, ya da müqaviləni masadan kənarlaşdırıb şərtlərə qol qoymayacaqlar.İkincini edəcəkləri təqdirdə Ukrayna ciddi hərbi itkilərə məruz qalmağa davam edəcək. Bu fikri məşhur amerikalı iqtisadçı Cefri Saks "Judging Freedom"a müsahibəsində deyib.


İqtisadçı hazırkı münaqişə vəziyyətinin iki mühüm aspektini qeyd edib. O, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında məğlubiyyətə uğradığını və ABŞ prezidenti Donald Trampın bundan sonra aktiv şəkildə Kiyevi dəstəkləməyəcəyini deyib.

"Ukraynanın real seçimləri var və bu seçim onun istək siyahısına uyğun gəlməyən, lakin Ukraynanın üzləşdiyi reallıqları əks etdirən sülh sazişini qəbul etməkdir. Digər seçim isə döyüş meydanında itkilərlə davam etməkdir", - Saks bildirib.

İqtisadçının fikrincə, Ukrayna münaqişəsi bir növ final mərhələsinə yaxınlaşır.

Xatırladaq ki, bir neçə gün öncə isə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada