Kiyev İstanbul danışıqlarından sonra əsas hədəfi açıqladı

Kiyev İstanbul danışıqlarından sonra əsas hədəfi açıqladı
09:55

İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra Kiyevin növbəti addımı Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında görüş təşkil etmək olacaq. CNN xəbər verir ki, bunu Ukraynanın İstanbuldakı nümayəndə heyətinin rəhbəri, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov deyib.

"Düşünürəm ki, növbəti addım liderlər səviyyəsində görüşün təşkili olacaq", - o vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Moskva Kiyevin dövlət başçılarının görüşünü keçirmək istəyini nəzərə alıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada