Son dönəmdə kitab təqdimatları, kitab tanıtmaq fərqli bir haldır.
Sovet insanına kitab tanıdılmazdı, kitab əvəzinə Müəllif tanıdılardı.
Şairlə görüş, rəssamla görüş, yazıçı ilə görüş əsas idi,
Kitab isə kitabxanaların və kitab mağazalarının işi idi.
Kitab deyil, Müəllif əsas olan cəmiyyətdə müəlliflərin arasında rəqabət yaşanardı,
Müəlliflərin kitabları ilə Özləri arasında dərin bir uçrum var idi.
Kitab müəllifin deyil, müəllifə öyrədilənlərin məsələsi olmuşdu.
Kitab müəllifin məsələsi halına gəldiyi an ölkədə Kitab yoxa çıxdı,
Dünəndəki müəllif adı ilə iş görənlərlə onların davamçıları olanların arasında hərb başladı.
Və şüvən düşdü, yazı qələmın deyil, qələm çalanların məsələsi oldu.
Qələm çalanların Qələmi qırıldığca Kitab deyil, müəlliflər ucuzlaşdı.
Nə isə, dərdim deyil, kitab təqdimatlarındakı "tamada"lığ da keçəcək,
Hər kitab bir xəzinədir, oxuyanı varsa.
İdris Heydərli, filosof