"Kişi heç ailə sirrini efirə çıxarar?" - Afaq Bəşirqızı

"Kişi heç ailə sirrini efirə çıxarar?" - Afaq Bəşirqızı
03 Fev 2025 17:42

“Baş verən cərəyan məni çox çaşdırır. Gəncləri, gələcəyi düşünürəm. Çünki gələcəyimiz gənclərdir, dünyanı idarə edən insanlardır. Ona görə də gördüyüm hadisələrdən, oxuduqlarımdan, rastlaşdıqlarımdan çox qorxuram”.

News365.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Pərvizə görə”də deyib. 

O, cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını dilə gətirib:

“Mənə elə gəlir ki, milli mentalitet və qeyrət sözü artıq simvolik olacaq. Sən Azərbaycan kişisi dedin, mütrifi demədin. Kişi heç öz ailə sirrini efirə çıxardar, efirdə danışar? Ailə məsələsini camaatın qarşısında ictimailəşdirməz. Özü də harada? Verilişlərdə”.


Sizin reklam burada
Sizin reklam burada