Sabah Xoşqədəmin anasının 40 mərasimi keçiriləcək

Sabah Xoşqədəmin anasının 40 mərasimi keçiriləcək
17:25

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı anasıyla bağlı duyğusal paylaşım edib   

News365.az xəbər verir ki, o, anasının vəfatından 40 gün keçdiyini bildirib: 

"Anacan, sənsizliyimin 40 günü sabah tamam olur. Sabah yenə də qonaqların gələcək. Onlara sənin yoxluğunu göstərməmək üçün əlimdən gələni edəcəm. Amma nə etsəm də mən Sən ola bilməyəcəyəm.

Gözəl anam, sənsiz 40 gün 40 ilə bərabər oldu… Atam sənsizliyə dözə bilmir. Hər günümüz, hər anımız səninlə bağlıdır. Uşaqlıqdan sənsizliyi düşünəndə dəli olurdum, elə bilirdim ki, Sən olmasan ölərəm! Amma… Mən sənsiz ölmədim məni bağışla… ". 

Qeyd edək ki, sabah Xoşqədəm Hidayətqızının anası Ofeliya xanımın vəfatından 40 gün ötür.  40 mərasimi Heydər məscidində keçiriləcək. Mərasim kişilər və qadınlar üçün saat 11-də təşkil olunacaq.


Sizin reklam burada
Sizin reklam burada