Keçmiş prezident tədbirlərə 300 min dollara gedir

Keçmiş prezident tədbirlərə 300 min dollara gedir
18 Apr 2025 08:15

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden tədbirlərdə çıxış etmək üçün 300 min dollar istəyir. Bu barədə New York Post məlumat yayıb.


Nəşr qeyd edib ki, Bayden spiker kimi öz xidmətlərini təklif edir. Lakin ona elə də böyük tələbat yoxdur. Qəzetin mənbələri iddia edib ki, keçmiş prezidenti tədbirlər sifariş etməkdə çətinlik çəkən Creative Artists Agency təmsil edir.


Nəşr onu da vurğulayıb ki, ABŞ-nin 44-cü prezidenti Barak Obamanın Ağ Ev rəhbəri postundan getdikdən sonra çıxışının dəyəri 400 min dollar olub.

Xatırladaq ki, Baydn aprelin 16-da Çikaqoda çıxış edib. O, çıxışı zamanı hazırkı administrasiyanı kəskin tənqid edib. O vurğulayıb ki, yeni administrasiya 100 gündən az müddətdə o qədər "çox iş" görüb ki, artıq xeyli ziyan və bu qədər parçalanmalara səbəb olub.

Maraqlıdır ki, eks-prezident indiki Ağ Ev rəhbəri Donald Trampın adını çəkməyib.



Tural


Sizin reklam burada
Sizin reklam burada