"Azərbaycan və Gürcüstan strateji bir razılaşma əldə edib. Bu, bizim birgə coğrafi və geosiyasi rolumuzu daha da gücləndirir."
Millət Vəkili Rasim Musabəyov bunu News365.az-a deyib.
"Gürcüstan və Azərbaycan, Qara Dəniz ilə Xəzər Dənizini birləşdirən, həmçinin Avropa ilə Uzaq Şərq və Asiyanı əlaqələndirən bir körpü rolunu oynayır. Buna görə də, Azərbaycan və Gürcüstan, qarşılıqlı funksiyalarını yerinə yetirmək üçün sıx əməkdaşlıq etməlidir. Ümumiyyətlə, Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapıdır, Azərbaycan isə Gürcüstan üçün Asiyadır.
Hazırda Azərbaycan Gürcüstanda ən böyük investorlardan biri olaraq ikinci sıradadır və dördüncü ticarət tərəfdaşıdır. Azərbaycanın SOCAR şirkəti Gürcüstanda ən böyük xarici investor olaraq fəaliyyət göstərir. Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır, Azərbaycanda isə 30-40 min gürcü var. Bu əməkdaşlıq həm Gürcüstanda, həm də Azərbaycanda mühüm dəyişikliklərə səbəb olub, lakin bu əməkdaşlıq hər zaman möhkəm qalacaq və qalacaqdır.
Rasim Musabəyov Gürcüstan rəhbərlərinin Azərbaycana səfərini müsbət hadisə kimi qiymətləndirir:
"Bu günlərdə, seçkilərdən sonra, Gürcüstan rəhbərləri Azərbaycana səfərlər edirlər ki, bu da müsbət bir hadisədir. Düşünürəm ki, bu səfərlər zamanı, Cənubi Qafqazdakı ortaq layihələr haqqında müzakirələr aparılacaq. Azərbaycan, Gürcüstana dəmir yolu ötürmə qabiliyyətini 5 milyon tona qədər artırmaq üçün maliyyə vəsaitləri ayırmışdır. Bununla yanaşı, Azərbaycan, müxtəlif regional layihələrdə də iştirak etməyi planlaşdırır.
Eyni zamanda, hazırda qərb ölkələrinin Gürcüstan hökumətinə qarşı ədalətsiz təzyiqlər göstərdiyini müşahidə edirik. Bu vəziyyətdə, Azərbaycan və Türkiyənin Gürcüstana dəstək verməsi, Gürcüstanın müstəqilliyini və suverenliyini beynəlxalq aləmdə qorumasına kömək edə bilər."- deyə fikirlərini bildirib.