Rusiya qoşunları hərbi aerodromların infrastrukturuna və Ukrayna Silahlı Qüvvələrinin (VSU) pilotsuz uçuş aparatlarının istehsalı və yığılması sexinə ziyan vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zərbələrin endirilməsi üçün operativ-taktiki aviasiya, hücum pilotsuz uçan aparatları, raketlər və artilleriya qurğularından istifadə edilib.
Zərbələr həmçinin 156 rayonda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi nöqtələrə endirilib.
Bundan əlavə, hava hücumundan müdafiə sistemləri 83 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.
Nazirlik həmçinin bildirib ki, Rusiya qoşunları Ukraynadakı hərbi sənaye kompleksi obyektlərinə qrup şəklində hücum edib. Bu, Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətini atəşə tutmasına cavab idi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural