Keçmiş direktor yenidən eyni vəzifəyə təyin edildi

Keçmiş direktor yenidən eyni vəzifəyə təyin edildi
25 Mar 2025 16:24

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika Zavodu” MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib.

News365.az xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib.

O, bundan əvvəl də - 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib.

Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən "Telemexanika" İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.


Sizin reklam burada
Sizin reklam burada