Kar olan və iki dəfə yaralanan əsgəri yenidən cəbhəyə göndərdilər

Kar olan və iki dəfə yaralanan əsgəri yenidən cəbhəyə göndərdilər
25 İyn 2024 13:23

Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət göstərən Primorsk diyarının sakini iki yara və eşitmə qabiliyyətini itirdikdən sonra yenidən Ukraynya, döyüş bölgəsinə göndərilir.

News365.az xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb.

Qeyd edilir ki, keçən ilin iyul ayında döyüşlərə qatılmamışdan əvvəl kilsələrin təmiri ilə məşğul olmuş Vasili adlı müqaviləli hərbçi döyüşmək qərarına gəlib. O, bütün komissiyalardan keçib və Avdeyevski istiqamətinə göndərilib. Döyüşçü bir neçə aylıq xidmətdən sonra ilk yarasını alıb. Əsgərin qolları, ayaqları və bel nahiyəsi qəlpələrlə dolub. Lakin o, bir həftə sonra sarğılı halda cəbhə xəttinə göndərilibmiş.

"Orada o,  ikinci dəfə yaralanıb, ağciyəri deşilib və qəlpələrdən biri qaraciyərinə ilişib qalıb. Vasili ümid edirdi ki, nəhayət həkimlər onu hələ ilk yarasından sonra ehtiyac duyduğu omba protezi ilə təmin edəcəklər. Lakin hərbi tibbi komissiyadan keçməyə vaxt tapmamış onu avtobusa mindirib və yenidən döyüş zonasına qaytarıblar", -məqalədə yazılıb.

İndi o, Rostov yaxınlığındadır və ancaq əsa ilə hərəkət edə bilir. Bundan əlavə, həkimlər əsgərə akubarotravma diaqnozu qoyublar. Yəni, beyin silkələnməsindən sonra onun sağ qulağında qişa yoxdur.

Tural

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər