Kanada Trampa görə yaranacaq miqrant axınından qorxur

Kanada Trampa görə yaranacaq miqrant axınından qorxur
23 Yan 2025 14:02

Kanadalılar ABŞ-nin miqrasiya siyasətini sərtləşdirdikdən sonra ölkəyə miqrant axının artacağından narahat olduqlarını bildirirlər. Bu barədə Washington Post (WP) qəzeti yazıb.

“Kanadalılar narahatdırlar ki, Trampın immiqrasiyaya qarşı sərt tədbirləri miqrantları şimala sürükləyə bilər”, - nəşr yazıb.

Məqalə müəllifi onu da qeyd edib ki, Trampın ilk prezidentlik dövründə də vəziyyət məhz belə olub. Nəticədə bəzi Kanada sərhəd keçid məntəqələri ölkəyə daxil olmağa çalışan insanların sayının kəskin şəkildə artdığını bəyan edirdilər. Məntəqələr mübarizə üçün artıq planlar hazırlayıblar.

Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni mühacirlərlə mübarizəni genişləndirib. O, Ədliyyə Departamentinin silah və narkotiklərlə məşğul olan qurumlarına miqrantları deportasiya etmək səlahiyyəti verib.

Tural


Sizin reklam burada
Sizin reklam burada