Tanınmış fitnes məşqçisi Kamil Zeynallı "Rəngarəng" verilişinin canlı efirində duyğulu anlar yaşayıb.
News365.az xəbər verir ki, canlı yayım zamanı Kamil Zeynallıya qızı tərəfindən zəng gəlib. İdmançı zəngi cavabsız qoymayaraq, qızı ilə birbaşa efirdə danışıb. Ata ilə övlad arasında baş tutan səmimi söhbət studiyada və ekran qarşısında olan izləyicilərin diqqətini çəkib.
Qızı ilə danışarkən kövrələn Kamil Zeynallının duyğusal anları verilişə xüsusi rəng qatıb. Onun ata kimi nümayiş etdirdiyi sevgi və qayğı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda müsbət rəylər toplayıb. İzləyicilər Kamil Zeynallının qızı ilə olan münasibətini təqdir edərək, bu anları nümunəvi ata-övlad münasibəti kimi dəyərləndiriblər.