Kaliforniya rəhbərliyi ABŞ-dən ayrılmaq məsələsini gündəmə gətirib

Kaliforniya rəhbərliyi ABŞ-dən ayrılmaq məsələsini gündəmə gətirib
27 Yan 2025 15:35

Kaliforniyanın dövlət katibi Şirli Veber ştatın ABŞ-dən ayrılmasını dair səsverməni dəstəkləmək üçün imzaların toplanmasına razılıq verib.

Bu barədə Newsweek məlumat yayıb. 

Qeyd olunub ki, bu məsələnin 2028-ci il seçki bülleteninə salınması üçün 2025-ci ilin iyul ayına qədər 546 651 imza toplanmalıdır. Kaliforniyada qeydə alınmış seçicilərin ən azı 50%-i səs verərsə və səslərin ən azı 55%-i “bəli” olsa, bu, müstəqil dövlət olmaq üçün “Kaliforniya əhalisinin iradəsinin ifadəsi” sayılacaq.

Məqalə müəllifi vurğulayıb ki, səsvermənin nəticələri hüquqi qüvvəyə malik olmayacaq və federal hökumət onları həyata keçirmək öhdəliyi daşımayacaq.

Tural


Sizin reklam burada
Sizin reklam burada