“Kainatın meydana gəlmə prosesini nizamsız adlandırmaq tamamilə yanlışdır“- Tural İrfan

“Kainatın meydana gəlmə prosesini nizamsız adlandırmaq tamamilə yanlışdır“-  Tural İrfan
24 Apr 2024 09:14

“Kainatın nizamsız partlayışdan yarandığı qənaətinə gələn müasir fiziklər etiraf edəcək ki, əslində nizamsız və tasadüfi heç bir hadisə meydana gəlmir. Necə ki, Eynşteynin özü də əvvəllə kainatın genişlənmədiyi qənaətində idi, sonra genişlənmə barədə kəşflər oldu və o da fikrini dəyişdi”.

News365.az  xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. O bildirib ki, Quranda kainatın genişləndirildiyi barədə Allah təala qəti olaraq vurğulayır:

“Ancaq ilk yaranışdan baş verən partlayışın, yaxud məcazi mənadakı partlayışın, yəni materianın qəfil var olaraq ya müəyyən zaman, ya da ani vaxt kəsimində mümkün kainatı meydana gətirməsi prosesini nizamsız adlandırmaq tamamilə yanlışdır.

Nizmasızlığın özündə də bir nizam var. Mümkündür əslinə nizami olan bir şey bizə nizamsız görünə bilər. Dünyanın özündə də dağların zirvəsi, ağacların başı, yaradılmış varlıqlar eyni boyda, eyni ölçüdə, eyni nizamda deyil. Ancaq əslində bu nizamsız görünən bir nizamdır. Təsadüfün olmadığını qəbul etsək nizamsızlığın olmasını da rədd etməliyik. Kainat böyük bir mizandır. Zəlzələ zamanı daş tərəzisinin üstünə tökülən uçqun materialları tərəzini sındırmayıb iki gözünə də eyni miqdarda düşübsə bu təsadüf deyil, təvafüqdür və mütləq ilahi təqsimatın nəticəsidir.

Kainatın partlayışdan xəlq olunması da belədir”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər