Kadr dəyişikliyi: Deputatın qardaşı işdən çıxdı, yeni təyinat YAP rəsmisinə verildi

Kadr dəyişikliyi: Deputatın qardaşı işdən çıxdı, yeni təyinat YAP rəsmisinə verildi
14:34

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

News365.az-ın xəbərinə görə, bu barədə qurumun sədri Ramin Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri Oqtay Hüseynov vəzifəsindən azad edilib.

Digər əmrlə, Mahir Abbasəliyev həmin şöbəyə rəhbər təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Oqtay Nəsir oğlu Hüseynov Milli Məclisin deputatı Aydın Hüseynovun qardaşıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri vəzifəsinə gətirilən Mahir Abbasəliyev isə uzun illər hakim Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında işləyib. O, partiyanın İcra Katibliyinin İşlər idarəsinin müdiri, Siyasi Şurasının və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü olub.



Sizin reklam burada
Sizin reklam burada