İtaliya klubunun yeni baş məşqçisi bəlli olub

İtaliya klubunun yeni baş məşqçisi bəlli olub
15 İyn 2025 16:26

Stefano Pioli “Fiorentina”nın baş məşqçisi olacaq.

İnsayder Fabritsio Romanonun məlumatına görə, italyan mütəxəssis iyul ayında “bənövşələr”lə üçillik müqavilə imzalayacaq.
 

Rəsmi addımların yaxın həftələrdə atılması gözlənilir.


Qeyd edək ki, daha əvvəl Piolinin 2024-cü ilin sentyabrından çalışdırdığı “Əl-Nəsr” klubunu tərk edəcəyi bildirilmişdi. Ondan öncə isə o, 5 il ərzində “Milan”a rəhbərlik edib və “rossoneri” ilə İtaliya çempionluğunu qazanıb.


Sizin reklam burada
Sizin reklam burada