Ronaldo azarkeşlərə belə cavab verdi - VİDEO

Ronaldo azarkeşlərə belə cavab verdi - VİDEO
15:10

Səudiyyə Ərəbistanı Liqasının 30-cu turunun “Əl-Əhli” ilə qarşılaşan “Əl-Nəsr”in ulduzu Kriştianu Ronaldo rəqib azarkeşlərlə gərginlik yaşayıb.

News365.az xəbər verir ki, fanatlar qarşılaşmada 2:0 hesablı qələbəyə sevinən forvardı qıcıqlandırmağa çalışıb. 

Onlar Ronaldoya “bizim iki Asiya Çempionlar Liqası kubokumuz var” deyiblər. 

Portuqaliyalı ulduz isə cavabında “mənim 5 Çempionlar Liqası kubokum var” deyərək cavab verib. 

Qeyd edək ki, Kriştianu Ronaldo 5 dəfə Çempionlar Liqasını qazanıb. O, 1 dəfə “Mançester Yunayted”lə, 4 dəfə də “Real”la bu uğura nail olub.


Sizin reklam burada
Sizin reklam burada