İsveçrə Suriya Mərkəzi Bankına tətbiq edilən sanksiyaları ləğv edib.
News365.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.
Qərarı şərh edən Suriya Mərkəzi Bankının direktoru Əbdülqədir əl-Husriyyə bu addımı iki ölkə arasında maliyyə və ticarət sahələrində əlaqələrin bərpası istiqamətində mühüm və müsbət inkişaf adlandırıb.