İsveçdə çovğun 3 nəfərin ölümünə səbəb olub

İsveçdə çovğun 3 nəfərin ölümünə səbəb olub
28 Dek 2025 23:50

İsveçdə Skandinaviyanı bürüyən güclü qar fırtınası nəticəsində 3 nəfər ölüb.

Pis hava şəraiti nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Təbii fəlakətin qurbanlarından biri ölkənin cənubundakı Kungsberget xizək kurortunda ağacın üstünə aşması nəticəsində ölən 50 yaşlı kişi olub. İkinci qurban isə Hemab regional enerji şirkətinin əməkdaşı olub və o, çöldə işləyərkən dünyasını dəyişib. Üçüncüsü isə 60 yaşlı kişidir, onu da yıxılan ağac öldürüb.

Bundan əlavə, İsveçdə 40 mindən çox ev işıqsız qalıb. Çovğuna görə Skandinaviyanın bəzi bölgələrində çoxsaylı reysləri ləğv edib, qatar və bərə xidmətlərini dayandırıb.


Sizin reklam burada
Sizin reklam burada