“İsrail–İran müharibəsində Rusiyanın neytral qalması Tehranı narazı salıb” - Politoloq

“İsrail–İran müharibəsində Rusiyanın neytral qalması Tehranı narazı salıb” - Politoloq
16:00


“İsrail–İran müharibəsində Rusiyanın neytral qalması Tehranı narazı salıb”

Politoloq Rüstəm Tağızadə News365.az-a açıqlamasında bildirib ki, Rusiya bu gün demək olar ki, heç bir dövlətlə sabit və etibarlı münasibət qura bilmir. Onun sözlərinə görə, bu vəziyyət Moskvanın yaxın tərəfdaşları ilə əlaqələrinə də təsir edir.

“Rusiya yalnız Qərblə deyil, yaxın hesab etdiyi dövlətlərlə də münasibətlərini qaydasına qoya bilmir. Məsələn, Ukrayna müharibəsi zamanı İran Rusiyaya çoxlu sayda “Şahid” dronları vermişdi. Amma İsrail ilə İran arasında baş verən 12 günlük müharibə zamanı biz Rusiyanın heç bir dəstəyini görmədik,” – deyə politoloq qeyd edib.

Tağızadə hesab edir ki, bu neytrallıq İran hakimiyyətində və ictimaiyyətində narazılıq yaradıb:
“İran mediasında da yayılan məlumatlara görə, rəsmi Tehran Rusiyanın münasibətlərində səmimi olmadığını düşünür və bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər. Bildirilir ki, Moskva İrana vəd etdiyi dəstəyi göstərməyib və bu, münasibətlərə mənfi təsir edib.”

Politoloq əlavə edib ki, Rusiya ilə İran arasında bu cür anlaşılmazlıqlar gələcək əməkdaşlıqlara da təsir göstərə bilər."


Sizin reklam burada
Sizin reklam burada