İsrail ordusu İrana qarşı növbəti zərbə seriyasına başladığını açıqlayıb.
News365.az xəvər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri – Israel Defense Forces məlumat yayıb.
Hücumların İranın ballistik raket buraxılış sistemlərinə və hava hücumundan müdafiə qurğularına yönəldiyi bildirilib.
Əməliyyatların konkret hansı əraziləri əhatə etdiyi barədə detallı informasiya verilməyib.
Eyni zamanda, ISNA agentliyi Tehranda partlayış səslərinin eşidildiyini xəbər verib. İran rəsmiləri hadisənin nəticələri ilə bağlı hələlik geniş açıqlama verməyib.