"Dəmir Qübbə"ni idarə edən hərbçi İrana casusluq edirmiş

"Dəmir Qübbə"ni idarə edən hərbçi İrana casusluq edirmiş
20 Mar 2026 12:51

İsraildə "Dəmir Qübbə" - hava hücumundan müdafiə (HHM) sistemini idarə etmiş ehtiyatda olan hərbi qulluqçu İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

News365.az xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.

Mənbənin məlumatına görə, hərbi qulluqçu "Telegram" messenceri vasitəsilə ələ alınıb və məlumatları, o cümlədən hərbi bazaların koordinatlarını və vəzifəli şəxslərin adlarını ötürüb.

"O, "Şir nərəsi" əməliyyatı başladıqdan bir gün sonra həbs edilib, törətdiyi əməli etiraf edib. Prokurorluq onun həbsdə saxlanma müddətini məhkəmə araşdırması başa çatana qədər uzatmaq niyyətindədir", - məlumatda bildirilib.


Sizin reklam burada
Sizin reklam burada