İran İsrail Müdafiə Qüvvələrinin Təl-Əvivdəki nəqliyyat mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
Bu barədə İranın İSNA agentliyi məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin dəstək bazası və ən böyük nəqliyyat qovşağı İran pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb", - agentlik bildirib.
Qeyd edək ki, daha əvvəl İranın İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirməsi ilə bağlı məlumat yayılmışdı.