Hunan əyalətində çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın faciə ilə nəticələnib. Hadisə zamanı azı 5 nəfərin həyatını itirdiyi, daha 2 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
News365.az-ın məlumatına görə, hadisə səhər saatlarında Henyan şəhərinin Yanfen rayonunda qeydə alınıb. Əraziyə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiyi və onların müalicəsinin davam etdiyi açıqlanıb. Hazırda yanğının hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək üçün araşdırma aparılır.