İşlədiyi bağçada intihar etdi

İşlədiyi bağçada intihar etdi
08 Apr 2025 15:00

Bakıda intihar hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.

Belə ki, bağçada fəhlə işləyən 1981-ci il təvəllüdlü Cəlal Musayev müəssisənin qazanxanasında özünü asıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada