"İrəvanda anti-Rusiya aksiyaları hər zaman qəddarlıqla yatırılıb" - Qriqor

"İrəvanda anti-Rusiya aksiyaları hər zaman qəddarlıqla yatırılıb" - Qriqor
14:05

Xəbər verdiyimiz kimi Ermənistanda Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin əleyhinə etiraz aksiyası keçirilir. Yerli media yazır ki, etirazçılara qarşı polislər güc tətbiq ediblər.

Polisin etirazçılara güc tətbiq etməsi yerli mediada aksiyadan çox gündəmə çevrilib. 

İrəvan Ağsaqqallar Şurasının “Milli Tərəqqi” fraksiyasının keçmiş rəhbəri Qriqor Yeritsyan məsələyə reaksiya verərək deyib ki, əslində ölkədə yeni bir şey baş verməyib. 

 “Avropayönümlü hakimiyyətə xidmət edən polis əməkdaşları Lavrovun səfəri ilə əlaqədar Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirən insanlara qarşı güc tətbiq edirlər. İndiyə qədər mövcud olmuş bütün iqtidarların hakimiyyəti dövründə anti-Rusiya nümayişləri ən qəddar üsullarla yatırılırdı”, - siyasətçi qeyd edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada