Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday qalmaqallı açıqlamalar verib. O, “Tsarqrad” telekanalının efirində siyasi motivlərlə ölkəni tərk edən ruslar haqqında sərt danışıb.
Deputat belə seçim edən vətəndaşları “relokant” adlandıraraq onları heyvanlarla müqayisə edib. Boroday sonradan bu müqayisəsinə görə sarkazmla üzr istəyib.
Parlamentari qeyd edib ki, ölkədən gedənlər arasında Rusiyanın hərəkətlərini, o cümlədən xüsusi hərbi əməliyyat(SVO) adlandırılan müharibəni dəstəkləməyənlər də az deyil. O, məlum proseslərə ölkədə formal sədaqət nümayiş etdirən, lakin bunu qeyri-səmimi, könülsüzedən insanların olmasına da diqqət çəkib.
Borodayın sözlərinə görə, xüsusilə mədəniyyət və şou-biznes sahəsində belə vətəndaşlara daha çox rast gəlmək olar. O, iddia edib ki, ölkənin maraqlarına qarşı çıxanların ən çoxu məhz bu sahədə cəmləşib.
Tural