Rusiya istehsalı tanklar Pakistan SƏRHƏDİNDƏ

Rusiya istehsalı tanklar Pakistan SƏRHƏDİNDƏ
16:32

Hindistan Rusiya istehsalı olan “T-72”  tankları və “BMP-2”  piyada döyüş maşınlarını Cammu və Kəşmir əyalətinin şimalındakı Pakistanla Nəzarət Xəttindəki Axnur sektorunda yerləşdirib.

News365.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Hindistan ordusundakı mənbələrə istinadla məlumat verib.

Qəzetin yazdığına görə, “Hindistanın “Sindur” əməliyyatının fəal mərhələsindən sonra bu qruplaşmanın daimi, 24 saatlıq döyüş hazırlığı davam edir. “T-72”  tankları və “BMP” lər hələ də sərhəd xətti boyunca yerləşdirilib ki, Pakistan ordusunun hücumu və sərhədin keçilməsi qarşısı alınsın”, – deyə Hindistanın Şimal Ordu Komandanlığının nümayəndəsi bildirib.

Əvvəllər PTI agentliyinə verilən məlumatda bildirilirdi ki, Hindistanın 7-10 may tarixlərində keçirdiyi “Sindur” əməliyyatı nəticəsində Pakistan ordusunun itkiləri 64 nəfər ölü və 96 nəfər yaralı olub.


Sizin reklam burada
Sizin reklam burada