Azərbaycan Ordusunda neçə qadın hərbçi xidmət edir?

Azərbaycan Ordusunda neçə qadın hərbçi xidmət edir?
17:11

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərin sayı açıqlanıb. 

News365.az xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında yer alıb.   

Hesabat bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin müzakirəsinə çıxarılıb. 

 Hesabatda bildirlib ki, Azərbaycan Ordusunda xidmət edən  - zabit və gizir qadın hərbi qulluqçular - 329 nəfərdir;  - müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular - 1602 nəfərdir;  - qadın mülki işçilər - 10218 nəfərdir.


Sizin reklam burada
Sizin reklam burada