Xəbər verdiyimiz kimi Ermənistanda Rusiya xarici işlər naziri Sergey Lavrovun irəvana səfərinin əleyhinə etiraz aksiyası keçirilir. Yerli media yazır ki, etirazçılara qarşı polislər güc tətbiq ediblər.
“Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan, Avropa Partiyasının sədri Tiqran Xzmalyan və başqaları Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçirirlə. Onlar hazırda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrova qarşı şüarlar səsləndiriblər.
Polis etirazçıları zorla binanın girişindən uzaqlaşdırıb. Güc strukturunun əməkdaşları protokola əsaslanaraq binada mühüm tədbirin planlaşdırıldığını bildiriblər. Vəziyyət gərginləşib, etirazçılar bir müddət yolu bağlayıb, daha sonra polis güc tətbiq edərək yolu da açıb. Hazırda XİN binasının qarşısındakı səkidə etiraz aksiyası davam edir", - "Mamul" nəşri yazıb.
Qeyd edək ki, etirazçılar əllərində Sergey Lavrovla yanaşı Rusiya prezidenti Vladimir Putinin də fotolarını tutublar. Onların üzərinə ingilis dilində qatil sözləri yazılıb.
Tural