Bu ölkədə vulkan püskürdü

Bu ölkədə vulkan püskürdü
21 May 2025 16:13

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanında bu səhər güclü püskürmə qeydə alınıb.   

News365.az xarici mediaya istinadən xəbər verir ki, dəniz səviyyəsindən 1087 metr yüksəklikdə yerləşən vulkan püskürmə nəticəsində 1600 metr hündürlüyə kül atıb. 

Əldə edilən məlumata görə, hazırda ərazidə təhlükə səviyyəsi barədə əlavə məlumat paylaşılmayıb.  Hadisə ilə bağlı müşahidələr davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada