“İranın Dəməşqdəki səfirliyinin işçisi avtomobilinə edilən terror aktı nəticəsində həlak olub”.
News365.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Dekabrın 15-də terrorçu ünsürlər İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfin avtomobilini atəşə tutub və o, öldürülüb”, - İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.