“İranın İsrailə zərbə endirmək imkanları məhduddur” Aytən Qurbanova

“İranın İsrailə zərbə endirmək imkanları məhduddur” Aytən Qurbanova
14 İyn 2025 14:02

İranın İsrailə qarşı dron hücumları gözlənilən təsiri vermir.

Bu barədə politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemi – xüsusilə “Dəmir Qübbə” – bu hücumları zərərsizləşdirmək gücünə malikdir:
“İranın hazırkı hərbi potensialı İsrailin müdafiə sistemini tam yarmağa yetmir. Bu səbəbdən də Tehran güclü zərbə endirmək baxımından alternativ çıxış yoluna malik deyil”.

Politoloq vurğulayıb ki, regionda İranın əsas proksi qüvvələri – Həmas və Hizbullah – vasitəsilə təsir göstərməsi hər kəsə məlumdur:
“Həmas-İsrail qarşıdurmasında da İranın rolu açıq şəkildə hiss olunurdu”.

Aytən Qurbanova müharibələrdə mülki vətəndaşların həyatına təhlükə yaranmasının ən acı nəticələrdən biri olduğunu qeyd edərək, tərəfləri humanitar dəyərlərə önəm verməyə çağırıb.


Sizin reklam burada
Sizin reklam burada