İranın ali lideri Müctəba Xamenei ölkə hökumətinə münaqişənin sülh yolu ilə nizamlanması məsələsi üzrə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib.
News365.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
“Biz problemin dialoq yolu ilə həlli üçün səylər göstəririk və ali lider bu məsələdə hökumətə müəyyən səlahiyyətlər verib”, – deyə Pezeşkianın sözlərini onun mətbuat xidməti yayıb.
İran prezidenti həmçinin qeyd edib ki, ölkə xalqı ABŞ və İsrailin təcavüzü nəticəsində İranın üzləşdiyi çətinliklərin aradan qaldırılması prosesində iştirak etməlidir.