İrandan Trampın prezident seçilməsinə REAKSİYA

İrandan Trampın prezident seçilməsinə REAKSİYA
07 Noy 2024 16:11

İran Xarici İşlər Nazirliyi ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini dəyərləndirib. 

News365.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İRNA-ya açıqlamasında deyib ki, Tehran ABŞ-da fərqli hökumətlərin siyasətləri və yanaşmaları ilə bağlı çox acı təcrübələrə malikdir.  "Seçkilər keçmişin yanlış yanaşmalarını nəzərdən keçirmək üçün bir fürsətdir", - XİN rəsmisi bildirib.  Bekayi "İran üçün önəmli olan ABŞ rəhbərliyinin fəaliyyətidir" söyləyib.  İran hökumətinin sözçüsü Fatma Mühacirani də ABŞ-dakı seçkilərin nəticələrinin iki ölkənin ümumi siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib. 

Mühacirani "ABŞ-da keçirilən prezident seçkilərinin bizimlə çox əlaqəsi yoxdur. Çünki ABŞ və İranın ümumi siyasəti sabitdir. Birinin digərinin yerinə keçməsi ilə çox bir şey dəyişməyəcək" deyib.


Youtube kanalımız