İran XİN rəhbəri: "Trampdan məktub almamışıq"

İran XİN rəhbəri: "Trampdan məktub almamışıq"
12:37

İran hakimiyyəti hələ də ABŞ prezidenti Donald Trampdan İslam Respublikasının nüvə proqramı ilə bağlı məktub almayıb. Xarici KİV-in yaydığı məlumata görə,  bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinq zamanı bildirib.


“Belə bir razılıq var ki, yaxın gələcəkdə məktub ərəb ölkələrindən birinin nümayəndəsi tərəfindən Tehrana çatdırılsın", - deyə İran XİN rəhbəri bildirib.


Martın 7-də ABŞ prezidenti bəyan edib ki, o, İranın ali dini lideri Əli Xamneyiyə ölkənin nüvə proqramını müzakirə etməyi təklif edən məktub göndərib. Eyni zamanda Tramp İslam Respublikasının nüvə silahı əldə etməsinə qarşı qəti şəkildə çıxış edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada