İran və Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün çağırışdır

İran və Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün çağırışdır
12:15

Avropa İttifaqının (Aİ) İran və Rusiyaya qarşı sanksiyaları Ermənistan iqtisadiyyatı üçün çağırışdır. 

News365.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2025-ci ildə ölkə üçün xarici risklər haqqında hesabatında qeyd olunub. 

"Rusiya və İran kimi tərəfdaşlarımıza qarşı sanksiyalara görə iqtisadi potensialımızın istifadəsi ikinci dərəcəli sanksiya riskləri ilə məhdudlaşır", - hesabatda qeyd olunub. 

Xarici Kəşfiyyat Xidməti hesab edir ki, göstərilən ölkələrə qarşı sanksiyaların yumşaldılması və ya ləğv edilməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilərdi. Bildirilib ki, cari ildə iqtisadiyyat üçün risklər aktual qalacaq.  Məlumata görə, Ermənistan üçün əlavə risk anti-Rusiya sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının artımının mümkün ləngiməsidir.