İran və ABŞ rəsmiləri aprelin 12-də Omanda danışıqlar aparacaq

İran və ABŞ rəsmiləri aprelin 12-də Omanda danışıqlar aparacaq
08 Apr 2025 10:15

ABŞ və İran aprelin 12-də Omanda danışıqlar aparacaq. Bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "X"də məlumat yayıb. O, danışıqların birbaşa baş tutmayacağını deyib.

"İran və ABŞ rəsmiləri yüksək səviyyəli danışıqlar üçün şənbə günü Omanda görüşəcəklər",- İran rəsmisi deyib.

XİN rəhbəri həmçinin qeyd edib ki, "Bu, təkcə bəzi məsələlər üçün fürsət deyil, həm də sınaqdır. Top Amerikanın tərəfindədir...".

Xatırladaq ki, martın 7-də Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə danışıqları təklifi ilə bağlı məktub göndərdiyini açıqlayıb. Rəsmi Tehran isə Vaşinqtonla birbaşa dialoqdan imtina edib. Lakin amerikalılar vasitəçilər vasitəsilə məsləhətləşmələrin davam etdirilməsinə icazə veriblər.

Tural


Sizin reklam burada
Sizin reklam burada