"Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ-yə məxsus Şahzadə Sultan aviabazasına İran tərəfindən hücum edilib. Nəticədə Amerikanın bir yanacaqdolduran təyyarəsi tamamilə sıradan çıxarılıb, daha üçü isə zədələnib".
News365.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari bəyan edib.
İranın rəsmi dövlət televiziyasının yayımladığı həmin bəyanatda qeyd olunur:
"Ötən gecə Əl-Xərc bölgəsindəki (Səudiyyə Ərəbistanı - red.) ABŞ hərbi bazasına İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən PUA və raketlərlə zərbələr endirilib. Həyata keçirilən əməliyyat nəticəsində bir tanker təyyarəsi məhv olub, üçü isə zədələnərək istifadəyə yarasız hala düşüb".