İran regional sülh naminə Pakistanla əməkdaşlığa hazırdır

İran regional sülh naminə Pakistanla əməkdaşlığa hazırdır
15:30

Prezident Məsud Pezeşkian İranın regional sülh, sabitlik və rifahı təşviq etmək üçün Pakistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

News365.az "Tasnim"ə istinadən xəbər verir ki, Pezeşkian bu sözləri Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci sammiti çərçivəsində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşü zamanı deyib.

İran prezidenti ikitərəfli əlaqələrin gücləndirilməsinin və əməkdaşlığa maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, daha sıx tərəfdaşlıq regionda qarşılıqlı inkişafa, anlaşmaya və sakitliyə kömək edəcək.

Pezeşkian həmçinin müsəlman ölkələrinin ortaq problemlərin həllində birləşməsinin zəruriliyini qeyd edib. 

Şərif öz növbəsində vurğulayıb ki, İslam blokunun əsas üzvləri kimi tanınan İran və Pakistan ümumi islami məqsədlərə nail olmaq üçün əməkdaşlıq etməli, İsrailin Qəzzada törətdiyi vəhşiliklərə qarşı vahid mövqe nümayiş etdirməyə çağırmalı və Fələstinin hüquqlarını müdafiə etməlidir.


Sizin reklam burada
Sizin reklam burada