İranda vəziyyətin gərginləşməsi Ermənistanda qorxu yaradıb. Erməni ekspert Armen Petrosyan durumun onların xeyrinə olmayacağını proqnozlaşdırıb.
“Yaxın Şərqdə böyük müharibə ehtimalı getdikcə daha real görünür.
Bundan əvvəl də regional müharibə ehtimalının getdikcə daha real görünəcəyi proqnozlaşdırılırdı.
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi dağıdıcı zərbələr əslində Vaşinqtonun birbaşa Tehrana qarşı müharibəyə girməsi anlamına gəlir. Münaqişənin inkişafı üçün gələcək ssenariləri də əsasən İranın hesablamaları və reaksiyası müəyyən edəcək.
Buna görə bir neçə ssenari proqnozlaşdırıla bilər:
1. Ən pis ssenari: İran regionun bir neçə ölkəsindəki Amerika hərbi bazalarına zərbələr endirməklə ABŞ-yə cavab vermək qərarına gələcək ki, bu da regional müharibə üçün ən real ssenaridir.
2. “İmicini qoruyub saxlamaq” və münaqişəni Amerika istiqamətində gərginləşdirməmək üçün İran regional sularda yerləşən ABŞ hərbi dəniz qüvvələrinə bir neçə simvolik zərbələr endirə bilər. ABŞ-nin İrana qarşı hərəkətlərinin əsasının İranın “nüvə təhlükəsinin” aradan qaldırılması olduğunu və başqa məqsədlərin olmadığını nəzərə alsaq, bu ssenari münaqişənin genişlənməsinin qarşısını almaq üçün kifayət qədər yüksək potensiala malikdir.
İranın cavabının məqsədi və miqyasından asılı olmayaraq, İsrail Təl-Əvivin İranda hakim rejimi devirmək üçün həyata keçirdiyi “maksimum plan” əməliyyatında ABŞ-ın iştirakını təmin etməyə nail olur. Ağ Evdəki administrasiyanın xüsusiyyətlərini nəzərə alsaq, Netanyahu hökumətinin bu məsələdə də uğur qazana bilməsi ehtimalı yüksəkdir. Bu variant, əlbəttə ki, İranın qonşularına da srəf etmir, münaqişənin gərginləşməsi ehtimalı ilə uzun, yorucu müharibəni nəzərdə tutur.
İstənilən halda Ermənistanın qonşuluğunda davam edən müharibə getdikcə bizim üçün də daha təhlükəli xarakter alır".
Tural