“İran heç vaxt güclü Azərbaycan görmək istəməyib“ - Hərbi ekspertdən ŞƏRH

“İran heç vaxt güclü Azərbaycan görmək istəməyib“ -  Hərbi ekspertdən ŞƏRH
26 Apr 2024 12:26

"İranın ara-sıra Azərbaycanla əlaqələrin möhkəmlənməsi ilə bağlı müəyyən fikirləri eşidir, ancaq bu əsla belə deyil.  Çünki İranın apardığı siyasətə,  maraqlarına baxdığımız zaman, onlara Azərbaycan ən böyük problem kimi görsənir. 

Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanda açılan konsulluğun hər hansı bir Ermənistan-İran əlaqələri deyil, Azərbaycana və Türk dünyasına qarşı yönəlmiş və atılmış bir addımdır. Nəzərə alsaq ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olduqdan sonra, İranın hər hansısa bir şəkildə regiona Azərbaycan da daxil olmaqla bir çox Ermənistan və eyni zamanda Qafqaza təsir mexanizmləri azalıb. İran heç bir halda güclü Azərbaycan görmək niyyətində olmayıb. Hətta bunun baş verməməsi üçün əlindən gələn bütün "fəaliyyəti" həyata keçirib. Bu gün də biz bunu müşahidə edirik. Xüsusilə qeyd edim ki, İranın belə bir addım atması, bizim səfirliyimizə qarşı olunan terror hücumu ilə bağlı guya müəyyən əməliyyatlar aparılır. Ancaq onu da yetərli saymıram"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər