Makron Kilian Mbappenin atasına zəng edib

Makron Kilian Mbappenin atasına zəng edib
06 May 2024 17:08

Fransanın Prezidenti Emmanuel Makron Kilian Mbappenin atasına futbolçunun komandada qalması üçün zəng edib.

Məlumata görə, Makron Mbappenin atasına zəng edib və ulduz futbolçunun PSJ-də qalması üçün xahiş edib.

Kilian Mbappenin atası isə futbolçunun “Real Madrid”ə transfer olmaq istədiyini və bu mövzu ilə bağlı qərarının qəti olduğunu bildirib.

Qeyd edək ki, Kilian Mbappe mövsümün sonunda “Real Madrid” klubu ilə beşillik müqavilə imzalayacaq.


Youtube kanalımız

Oxşar xəbərlər