Ceyhun Bayramov İranın Naxçıvana PUA hücumundan danışdı

Ceyhun Bayramov  İranın Naxçıvana PUA hücumundan danışdı
10:24

"Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir".

News365.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.

O deyib ki, bu hücumlar nəticəsində dörd mülki şəxs yaralanıb və Naxçıvan Beynəlxalq Hava Limanı kimi vacib infrastruktura ciddi ziyan dəyib.

"Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumaq əzmini bir daha təsdiqlədiyini bəyan edib", - C.Bayramov vurğulayıb.

Nazir, həmçinin münaqişənin alovlanmasından sonra Azərbaycanın atdığı addımlar, o cümlədən İrana humanitar yardımın göstərilməsi (sonuncusu Novruz və Ramazan bayramları ərəfəsində, 18 mart tarixində göndərilib), üçüncü ölkələr tərəfindən yardımın çatdırılması və mülki şəxslərin təxliyəsi üçün öz ərazisindən istifadəyə şərait yaradılması barədə də məlumat verib.

C.Bayramov vurğulayıb ki, münaqişə coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır:

"Region dövlətlərinin davamlı olaraq hədəfə alınması parçalanmaları dərinləşdirmək və uzunmüddətli sabitliyi sarsıtmaq riski yaradır".


Sizin reklam burada
Sizin reklam burada