Apple onilliklər ərzində Asiyada öz logistikasını qurub, ona görə də Donald Trampın ticarət tariflərinə baxmayaraq, iPhone istehsalının ABŞ-a köçürülməsi müxtəlif səbəblərdən mümkün deyil.
Bunu “Bloomberg“dən Mark Qurman deyir.
Birincisi, dəyəri. ABŞ-da istehsal həm zavodun tikintisi, həm də əmək xərcləri baxımından əhəmiyyətli dərəcədə bahadır. Müqayisə üçün: Hindistan və ya Çində Apple on minlərlə işçini işə götürməyə və onlara ayda 300-500 dollar ödəyə bilər; ABŞ-da bu, bir neçə dəfə çox olardı.Üstəlik, iri podratçılar pik mövsümdə 50 minə qədər müvəqqəti işçi işə götürür, təxminən 1000 dollar bonuslar təklif edir ki, bu da Amerika bazarı üçün gülüncdür.
İkincisi, infrastruktur. Asiyada Apple artıq güclü təchizat zəncirinə malikdir və komponent təchizatçıları ilə uzun illər əməkdaşlıq edir. Bütün bunların ABŞ-a köçürülməsi təkcə pul deyil, həm də logistikanın sistemli şəkildə yenidən qurulması illərlə tələb olunacaq.
Üçüncüsü, miqyas. Hər ay milyonlarla iPhone buraxmaq ABŞ-da qismən təşkil edilən Mac kompüterlərinin kiçik miqyaslı istehsalı kimi deyil. Smartfonların kütləvi istehsalı Amerika əmək bazarının hazır olmadığı sürət, koordinasiya və çeviklik tələb edir.
Daha əvvəl xəbər verilib ki, analitiklər ABŞ-ın yeni tariflərindən sonra “iPhone”un nə qədər başa gələcəyini hesablayıblar. 128 GB yaddaşa malik ən sadə versiyanın qiymətinin 799 dollardan 1142 dollara yüksələcəyi gözlənilir.