İnsult riskini artıran gündəlik vərdiş açıqlandı

İnsult riskini artıran gündəlik vərdiş açıqlandı
09:24

Televizoru açıq qoyaraq yanında yatmaq ürək-damar sistemi üçün zərərlidir və insult riskini artıra bilər.

News365.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu "Skandinaviya Sağlamlıq Mərkəzi"nin nevroloqu Tatyana Xrebtova bildirib.

Onun sözlərinə görə, yuxu zamanı parlaq və dəyişkən işıq beyinə təsir edir, sirkadiyan ritmləri pozur və yuxunun keyfiyyətini aşağı salır. Televizordan gələn səs isə mikroyuxudan oyanmalara səbəb olur, nəticədə beyin tam dincələ bilmir.

Mütəxəssis qeyd edib ki, davamlı keyfiyyətsiz yuxu qan təzyiqinin və qanda şəkərin artmasına, gizli iltihab proseslərinə gətirib çıxarır. Bu isə insult və digər ürək-damar xəstəlikləri riskini yüksəldir. Xüsusilə hipertoniya, diabet və artıq çəkisi olan şəxslər daha diqqətli olmalıdırlar.


Sizin reklam burada
Sizin reklam burada