ABŞ–Çin münasibətlərində Tayvan və İran məsələləri yenidən əsas geosiyasi risk faktorları kimi gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, Pekində keçirilən görüşlər tərəflər arasında mövcud gərginliyi azaltmağa yönəlsə də, strateji ziddiyyətlər qalmaqda davam edir.
Politoloq Zuriyyə Qarayeva News365.az-a açıqlamasında bildirib ki, Tayvan məsələsi ABŞ–Çin görüşünün ən həssas və riskli siyasi başlığı olaraq qalır.
